Burnout və ya Tükənmişlik sindromu nədir?
Tətbiqimizi yükləyin və gücünüzü test edin
Gündəlik həyatda buna xroniki yorğunluq, emosional yanma, yaxud sadəcə “yanma” sindromu da deyilir. İşçilər arasında müşahidə edilən yorğunluq, xəyal qırıqlığı və işdən soyuma ilə xarakterizə olunan bir vəziyyəti təsvir etmək üçün ortaya çıxmışdır. Bu gün bunlara söykənərək yanma sindromunun işçilər arasında böyük bir problem olduğu bilinir. Görülən işlər yanmanın iş itkisindən ailədaxili ünsiyyət problemlərinə, psixosomatik xəstəliklərdən alkoqol, maddə, siqaret istifadəsinə və hətta yuxusuzluq, depressiya kimi ruhi xəstəliklərə qədər uzanan ciddi nəticələrin olduğunu göstərir. Bu səbəblə, yanma anlayışı fərqli iş sahələrində daha tez-tez görülür. Tükənmişlik sindromunun (emosional yanmanın) xüsusiyyətləri hansılardır? Yanmanın əsas xüsusiyyətləri enerji itkisi,motivasiya əskikliyi, digərlərinə qarşı mənfi münasibət və aktiv olaraq digərlərindən geri çəkilməyi ehtiva edir. Yanma duyğusal tükənmə, laqeydləşmə və fərdi müvəffəqiyyət ölçüləri ilə araşdırılır. Duyğusal tükənmə, insanın etdiyi işə görə duyğusal olaraq özünü həddindən artıq yüklənmiş, tükənmiş hissetməsidir və burn-out sindromunun ən əhəmiyyətli simptomudur. Laqeydləşmə,şəxsin xidmət göstərdiklərinə qarşı bu insanların fərd olduqlarını nəzərə almadan, duyğudan məhrum şəkildə davranışlar göstərməsidir. İnsana obyektiv olaraq meyli əks etdirir. Fərdi müvəffəqiyyət əskikliyi isə problemin müvəffəqiyyət ilə öhdəsindən gəlməmək və özünü qeyri-kafi görmə kimi təyin olunur. Fərdin işə qarşı motivasiyası aşağı olur, idarə əskikliyi və çarəsizlik hiss edir. Fərddə tükənmə, duyğusal tükənmə ilə laqeydləşmənin artması, fərdi müvəffəqiyyətin və müvəffəqiyyət duyğusunun azalması ilə ortaya çıxır. Bu xəstəliklə bağlı daha geniş tədqiqatı amerikalı psixoloq Kristina Maslaç aparmış və bu xəstəliyi müəyyən edən test də tərtib etmişdir. Onun təqdiqatına görə “Emosional yanma” özünü 3 səviyyədə göstərir: Emosional tükənmə, Depersonalizasiya, Peşəkarlığın azalması. Emosional tükənmişlik Emosional tükənmişlik “Burnout”-un əsas göstəricisi olub, emosional tonusun azalması, zehni yorğunluq, başqalarına qarşı marağın və müsbət hisslərin itirilməsi, həyatdan narazılıq hisslərini özündə ehtiva edir. Depersonalizasiya Bu fazada insanlara qarşı emosional uzaqlaşma və laqeydlik, empatiya hissinin itirilməsi, iş öhdəliklərini formal şəkildə yerinə yetirilməsi, bəzi hallarda ətrafa qarşı neqativ və hətta aqressiv davranışlar kimi hallar özünü göstərir. Peşəkarlığın azalması Peşəkar nailiyyətlərin azalması insanın özündən həm fərdi, həm də bir peşəkar kimi məmnunluq səviyyəsini əks etdirir. Bu göstəricinin qeyri-qənaətbəxş dəyəri insanın öz səriştə və məhsuldarlığını mənfi qiymətləndirməyə meyilli olmasını nümayiş etdirir. Belə ki, buraya iş motivasiyasının azalması, iş öhdəliklərinə mənfi münasibətin artması, məsuliyyətdən boyun qaçırmaq, ətrafdan özünütəcrid etmək kimi davranışlar aiddir. Tükənmişlik sindromunun (emosional yanmanın) mərhələləri. Emosional yanmanın 4 mərhələsi var: Şövq və coşğu mərhələsi- Bu mərhələdə yüksək bir ümidlilik, enerjidə artma və həqiqi olmayan ölçülərə çatan peşə gözləntiləri sərgilənir. Şəxs üçün peşəsi hər şeyin önündədir, yuxusuzluğa, gərgin iş mühitlərinə, özünə və həyatın digər istiqamətlərinə zamanını və enerjisini ayırmamağına qarşı üstün bir uyğunlaşma cəhdindədir. Durğunluq mərhələsi- Bu mərhələdə artıq istək və ümiddə müəyyən dərəcədə azalma olur. Peşəsini tətbiq edərkən qarşılaşdığı çətinliklərdən, daha əvvəl əhəmiyyətsiz yanaşdığı bəzi məqamlardan gedərək narahat olmağa başlayır. Tələb olunan işdən əlavə heç bir şey edə bilmir. Çünki, artıq peşəsi nəzəri və praktik bütün tərəfləri ilə insanın mövcudluğunu tamamilə əhatə edə bilmir. Maneə mərhələsi- Başqa insanlara kömək və xidmət etmək üçün işə başlamış olan şəxs, insanları,sistemi, mənfi iş şəraitini dəyişdirmənin nə qədər çətin olduğunu anlayır. Laqeydlik mərhələsi- Bu mərhələdə, çox dərin emosional qopma, dərin bir inancsızlıq və ümidsizlik müşahidə edilir. Peşəsini iqtisadi və sosial təminat üçün davam etdirir, ondan zövq almır. Belə bir vəziyyətdə iş həyatı fərd üçün bir doyum və özünü reallaşdırma sahəsi olmaqdan çox, insana yalnız çətinlik və bədbəxtlik verən bir sahə olacaq. Tükənmişlik sindromunun (emosional yanmanın) müalicəsi. Burnout (emosional yanma) keçirən hər kəsə ilkin olaraq müddətli istirahət, işdən və gündəlik qayğılardan uzaqlaşma və məzuniyyət tövsiyə olunur. Lakin psixi narahatlıq bir səbəbdən olmaya bilər və gündəlik həyatla sıx bağlı olduğu üçün narahatlıq uzun müddət davam edə bilər. Ona görə də psixoterapiya seansları keçirmək tövsiyə olunur.
Zeyneb Heydərova
Təcrübə: 8 il